Marneulidə “20 yanvar” hadisəsinə həsr olunmuş tədbir keçirildi (FOTO)
Bu gün, 16 yanvar tarixində Marneuli şәhәrinin Ataholdinq binasında 20 yanvar faciәsinә hәsr olunmuş anım mərasimi keçirildi. Tәdbir Azәrbaycan Respublikasının Gürcüstandakı sәfirliyinin dәstәyi ilә baş tutdu. Anım tәdbiri 20 yanvar 1990-cı ildә Azәrbaycan Respublikasının paytaxtı Bakı şәhәrindә baş verәn qanlı yanvar günlәrinə həsr olunmuşdu.
Tәdbirdә Azәrbaycan Respublikasının Gürcüstandakı sәfiri vә nümayәndәlәri, Marneuli meri, bәlәdiyyә sәdri vә üzvlәri, millәt vәkillәri, hökumət vә qeyri hökumət nümayәndәlәri, ziyalılar vә şәhәr sakinlәri iştirak etdilәr. Anım mәrasimindә çıxış edәnlәr 20 yanvarın acı xatirәlәrini, o dövrdə baş verən 11-ci Qızıl Ordunun Bakı şəhərində necə qırğınlar törədiyi haqda danışdılar.
O, da vurğulandı ki, 1989-cu ilin 9 aprelində Gürcüstanın paytaxtı Tifliş şəhərində də vətəndaşların azadlığı uğrunda mübarizənin qarşısı qırğınlarla alındı amma insanların iradəsi və azdlıq uğrunda mübarizəsi bunu durdurmadı.
Anım mərasimində iştirak edən Azәrbaycan Respublikasının Gürcüstandakı sәfiri Dursun Həsənov ” Marneuli” Radiosuna müsahibəsi zamanı bildirdi ki, bu gündən başlayaraq 20 yanvarla bağı bir sıra tədbirlər keçiriləcək.
Tədbir ilk olaraq Marneulidə həyata keçirildi. Sonra isə Bolnisi, Dmanisi, Qardabani və Tblisidədə keçiriləcək.
Tәbirin sonunda 20 yanvar hadisәsindә baş verәn faciә haqqında sәnәdli film nümayiş olundu.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments